Yuxarı
loading...
loading...

Azərbaycan BTC-ni “Dəmir qübbə” ilə qoruyacaq

21.09.2017 14:51 Oxunma sayı: 1464


Azərbaycan İsrailin Hava Hücumundan Müdafiə sistemi olan “Dəmir qübbə” vasitəsilə Bakı-Tiflis-Ceyhan neft kəmərlərinin müdafiəsini təşkil edəcək.

Bu iddia ilə Gürcüstanın “Rezonansi” qəzeti çıxış eidb. Qəzet Ermənistanın öz ərazisində “İsgəndər” raketlərini yerləşdirməsi ucbatından Azərbaycanın bu sistemlər vasitəsilə BTC-ni qorumalı olduğunu bildirib. “Dəmir qübbə”lərin Bakı və Gəncədə yerləşdirilməsi nəzərdə tutulub.

“Azərbaycan hökuməti hesab edir ki, əgər Ermənistan “İsgəndər”lərdən istifadə etsə, BTC təhdid altında qalacaq. Gürcü ekspertlər isə bu raketlərdən müdafiədə “Dəmir qübbə”nin effektiv rol oynayacağını söyləyirlər”.

Qəzetə açıqlama verən gürcü hərbi ekspert Amiran Salukvadze Ermənistan tərəfindən neft kəmərinə zərbənin Azərbaycanın cavab verməsinə və regionda genişmiqyaslı savaşın başlamasına səbəb olacağını bildirib. Lakin ekspert hələlik bu ssenarinin gerçəkləşəcəyinə inanmadığını söyləyib.

Qəzet həmçinin neft kəmərinə təhdidin təkcə Ermənistandan yox, həm də Rusiyadan gəldiyini bildirib. Belə ki, Rusiya bir müddət əvvəl Qori-Tiflis yolunun 400 metrliyində öz mövqelərini yerləşdirib. BTC-nin bir hissəsi isə məhz bu yolun yaxınlığından keçir.


loading...