Yuxarı
loading...
loading...

Azərbaycanda zəlzələ oldu

21.09.2017 14:36 Oxunma sayı: 1474


Balakən rayonu ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Axar.az-a verilən məlumata görə, maqnitudası 3.8, dərinliyi 5 km olan təkanlar yerli vaxtla saat 13:06:11-də Balakən rayonu ərazisində olub.

Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Zəlzələ həmçinin Zaqatalada da hiss olunub.

Yerli sakinlər təkanların güclü olduğunu bildiriblər.


loading...