Yuxarı
loading...
loading...

Yaponiyanın Honsü adasında 6,1 bal gücündə zəlzələ oldu

20.09.2017 22:40 Oxunma sayı: 1461


Yaponiyanın şərqindəki Honsü adasında 6,1 bal gücündə zəlzələ olub.

Bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yeraltı təkanlar yerli vaxtla saat 16:37-də qeydə alınıb. Zəlzələnin episentri adanın Kamaisi şəhərindən 281 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.

Hələlik tələfat və ya dağıntı barədə məlumat daxil olmayıb.


loading...