Yuxarı
loading...
loading...

Elza Seyidcahana "AĞIR İTKİ" - "11 il idi ki..."

20.09.2017 14:49 Oxunma sayı: 3664


Əməkdar artist Elza Seyidcahanın pişiyi Ceyla ölüb.

Müğənni bu haqda İnstaqram səhifəsində yazıb. O bildirib ki, Ceyla 11 ildir onların evində idi:

"Ceyla bizi tərk etdi. Həyatın qanunudur, hamımız bir gün gəlib, bir gün gedəcəyik. Əsas odur ki, xoş xatirələr qalsın. Ceyla 11 il bizimlə qaldı.  Övladım kimi idi. Qızım Gülşən ona necə baxdı... Bəlkə bəzi insanlar heç öz valideynlərinə elə qulluq etməzlər. Hamını öpüb qarşılayır, yola salırdı. Əsərlərimi, şeirlərimi hamıdan yaxşı tanıyırdı. Səmərrux (nəvəsi – red.) ağlayan kimi tez yanına gedirdi, miyoldayıb bizi çağırırdı ki, gəlin. Hələ mən yolda olanda gəlişimi hiss edib, qapıda gözləyərdi. Heyvanların vəfasından danışmaqla bitməz".

Qeyd edək ki, E.Seyidcahan pişiyinin xərçəng olduğunu demişdi.


Səhər - səhər Elza Seyidcahana


loading...