Yuxarı
loading...
loading...

Azərbaycanlı idmançı Ukraynada dənizdə boğuldu – FOTO

20.09.2017 15:57 Oxunma sayı: 1464


Azərbaycanlı idmançı Kamil Usubov Ukraynada dənizdə boğulub. Hadisə 2 gün öncə baş verib.

Bir müddət güləşlə məşğul olan Kamil Ukraynada yaşayırmış. Odessa şəhərində bizneslə məşğul olan Usubovun cəsədi dənizdən çıxarılıb.

Mərhumun cənazəsi bu gün Azərbaycana gətiriləcək.

Qeyd edək ki, Kamilin qardaşı Ramil Usubov da hazırda Azərbaycan sərbəst güləş millisinin üzvüdür. Ramil son Azərbaycan çempionatında bürünc medal qazanıb.


loading...