Yuxarı
loading...
loading...

Ziya Məmmədovun bacısının liseyində yoxlama

20.09.2017 14:14 Oxunma sayı: 1387


Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədovanın direktoru olduğu “Tərəqqi” liseyində araşdırma aparılır.

Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib.

Araşdırmanın Nazirliyin Daxili Nəzarət Şöbəsinin əməkdaşları tərəfindən aparıldığını qeyd edən C. Valehov yoxlamanın nə ilə bağlı olduğunu açıqlamayıb.

M. Məmmədovanın işdən çıxarılması barədə yayılan məlumatlara gəlincə, C. Valehov bunun həqiqətə uyğun olmadığını söyləyib.

“Liseyin direktoru Məhbubə Məmmədova işdən çıxarılmayıb. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”, – deyə o bildirib.


loading...