Yuxarı
loading...
loading...

Hicaba qadağa qoyuldu

20.09.2017 11:34 Oxunma sayı: 1476


İsveçrənin Sankt Qallen bölgəsinin parlamenti ictimai yerlərdə üzün bağlanmasına qadağa qoyulmasını dəstəkləyib.

Qadağanın təhlükəsizliyə təhdid yaranacağı halda tətbiq ediləcəyi nəzərdə tutulur. Belə ki, şübhəli hesab edilən müsəlman qadınlar polisin tələbi ilə üzünü açmağa məcbur olacaqlar.

Qanun layihəsi ilk oxunuşda qəbul edilib, 59 deputat “lehinə” və 54 nəfər “əleyhinə” səs verib.

Qadağa çadra geyinən müsəlman qadınlara, habelə etiraz aksiyalarında üzü bağlı etirazçılara da tətbiq ediləcək.

Qanun layihəsi parlamentdə çoxluq təşkil edən mühafizəkar Xalq Partiyasının nümayəndələri tərəfindən irəli sürülüb.


loading...