Yuxarı
loading...
loading...

Laçında 2 qüllə - piramida aşkar edilib

20.09.2017 13:23 Oxunma sayı: 1355


Azərbaycanın işğal altında olan Laçın rayonunda iki qüllə - piramida aşkar edilib.

Bu barədə “Şuşa” fondunun rəhbəri, yazıçı-publisist Bakur Karapetyan bildirib.

Qeyd olunub ki, “Erməni araşdırmaları fondu” ilə birgə Arxeologiya və Etnoqrafiya İnstitutu Qarabağda yeni aşkar edilən qalalarda araşdırmalar aparmaq üçün ekspedisiya təşkil etmək qərarına gəlib.

Məlumata görə, Arxeoloq Qaqik Sarkisyan yeni texnologiyalar vasitəsilə 70-dək yeni qala aşkar edib. “Şuşa” fondu keşişin köməyi ilə dron qurğusu əldə edib və bundan sonra işi asanlaşdırmaq məqsədilə xüsusi proqramlarla xəritələr tərtib edilib. Bu layihəyə İrəvan Dövlət Universitetinin arxeologiya kafedrasının əməkdaşı Artak Qnun və dronun istismar edilməsində təcrübəli olan arxeologiya institutunun elmi işçisi Hrant Danielyan da qoşulub. Onlar Laçın rayonuna gəldikdən sonra güclü divarlarla əhatə edilmiş qala görüblər. Orada, həmçinin nəhəng bir qüllə və onun altında 70 metr hündürlüyündə pilləkən aşkar edilib.

Amerikadan ailəsi ilə Ermənistana qayıdaraq, məktəb tikintisi ilə məşğul olan bir nəfər qazıntı və elmi araşdırmaları maliyyələşdirməyi öz öhdəliyinə götürüb.

Qüllə və onun altındakı pilləkənlər böyük marağa səbəb olub. Bəzi yerlərdə pilləkənlərin hündürlüyü 3-3.5 metr yüksəkliyindədir. Hesab edilir ki, bu pilləkənlər addımlamaq üçün deyil, hər hansısa mərasimlər üçün nəzərdə tutulub.

Məlumata görə, qalalar iclas meydanlarına, müxtəlif təyinatlı müdafiə tikililərinə daha çox bənzəyir. Bu qalalar çox ehtimal ki, dəmir dövrünə aiddir. Qüllələr bir-birilərindən 50-60 metr məsafədə yerləşir.

Hazırda axtarışlar davam edir.


loading...