Yuxarı
loading...
loading...

Cenevrədə kanalizasiyadan minlərlə avro bağlamaları tapıldı

20.09.2017 11:22 Oxunma sayı: 1354


İsveçrənin Cenevrə şəhərində üç tualetdə içində minlərlə avro olan pul bağlamaları tapılıb.

500 avroluq əsginaslar Cenevrədə UBS Bankın ətrafındakı üç restoranının tualetində aşkarlanıb.

BBC bildirir ki, tualet kanalizasiyasını açmaq məqsədilə minlərlə avro pul xərclənib və sonda bəlli olub ki, xətlərdə çoxlu miqdarda pul mövcuddur.

Avropa Mərkəzi Bankı 500 avroluq əsginasların 2018-ci ilin sonuna qədər dövriyyədən çıxarılacağını dilə gətirib.

Cenevrə Prokurorluğu bildirib ki, tapılan pulların haradan gəldiyi və cinayət fəaliyyətində iştirak edib-etmədiklərini müəyyən etməyə çalışırlar. Müstəntiqlər pulların bir ispan qadına aid olmasından şübhələnir.


loading...