Yuxarı
loading...
loading...

Xadiməni iş vədiylə otağına aparıb zorladı - VİDEO

13.09.2017 17:10 Oxunma sayı: 1196


Mobil telefon ticarəti ilə məşğul olan Ş.Ş (56) iş vədiylə aldatdığı özbəkistanlı xadimə D.N.-nı (31) qaldığı lüks otelin 246 nömrəli otağına apararaq zorlayıb.

Hadisə İstanbulda baş verib.

Gənc qadın ifadəsində başına gələnləri danışıb. D.N. internetdən gördüyü bir elan sonrası əlaqə saxladığı kişiylə bir AVM-in kafesində görüşüb. Görüşdüyü kişi adının M. olduğunu, evdə 2 qızının gözlədiyini deyib, təmizlik işlərini bacaran birini axtardığını söyləyib. Aylıq 600 dolara razılaşıblar.

İŞ VƏDİYLƏ TƏCAVÜZ ETDİ

D.N., Ş.Ş. ilə birlikdə evə baxmaq üçün Esenyurtdakı lüks otelin 17-inci mərtəbəsindəki nömrəyə gəliblər. Ev sahibi Ş.Ş qəhvə içmək təklif edib. Gənc qadın öncə qəbul etməyib, ancaq ev sahibi israr edincə bir az içib. Başı fırlanan qadın yıxılıb. Ş.Ş. yataq otağına sürüdüyü qadını zorlayıb.

Ş.Ş. hamama girərəkən qapını açıb qaçan D.N. rezidansın mühafizəçilərindən kömək istəyib. Qadın hadisə yerinə gələn polislərə başına gələnləri danışıb.

Bölmədə dindirilən Ş.Ş. təcavüz iddiasını qəbul etməyib. 


loading...