Yuxarı
loading...
loading...

Çay meyitlərlə doldu — Myanmarda DƏHŞƏT

13.09.2017 17:13 Oxunma sayı: 1381


Myanmarda qətliamdan qurtulub sərhədi keçənlərin sayı 370 min nəfərə çatıb.

Naf çayını keçə bilməyən miqrantlar boğularaq ölür.

Myanmar lideri Suu Kyi isə BMT-nin iclasında iştirak etməkdən vaz keçib.

Qətliamdan qaçan müsəlmanlar sərhəddəki Naf çayını keçmək məcburiyyətindədirlər. Kiçik qayıqlarla və üzərək çayı keçmək istəyənlərin əksəriyyəti suda boğularaq can verib.

Sərhəd nöqtəsindəki miqrant düşərgəsinə səfər edən Banqladeşin baş naziri Şeyx Hasina Vecid deyib: "Çayın üzü meyitlərlə doludur. Bu insanlığa ziddir. Bu işgəncələrin səbəbi nədir? Onlar Myanmar vətəndaşlarıdır. Milyonlarla insan evini itirib. Orada hələ də panika var və bir çox detal üzə çıxmır".


loading...