Yuxarı
loading...
loading...

İtaliyada faciə — 3 nəfərlik ailə vulkan kraterində məhv oldu

13.09.2017 16:55 Oxunma sayı: 1343


İtaliyanın Neapol şəhərində faciə baş verib.

3 nəfərlik ailə-12 yaşlı oğlan, atası və anası Solfatar vulkanının kraterinə düşərək həlak olub.

İtaliya mətbuatının xəbərinə əsasən 12 yaşlı oğlan bu yaxınlarda yaranmış yarğana düşüb. Turistlər üçün isə bu əraziyə yaxınlaşmaq qadağan edilib. Oğlunu xilas etməyə çalışan ata və ana da kraterə yıxılıb. Ailə üzvləri həlak olub.

Ailənin 7 yaşlı oğlu isə sağ qalıb. Uşağı aidiyyatı qurumlara təhvil veriblər.

Qeyd edək ki, Solfatara vulkanı Neapol yaxınlığındakı Fleqrey çölündə yerləşir.

 

loading...