Yuxarı
loading...
loading...

Teatrda aktyoru döydülər təcili yardım çağırıldı — QALMAQAL + FOTO

13.09.2017 16:27 Oxunma sayı: 1468


İrəvan Dövlət Azərbaycan Dram Teatrında dava düşüb.

Bu barədə teatrın aktyoru Elçin Hacılı məlumat verib. Onun sözlərinə görə, teatrın texniki işçiləri tərəfindən döyülüb:

"Məni şərləmək istəyirlər. Amma niyə belə etdiklərini bilmirəm. Üç-dörd qadın-Nərminə Ağayeva, Sevinc Hüseynova və tanımadığım başqa qadınlar məni otağa salıb, üstümə cumdular. Nə baş verdiyini anlamadım".

Hadisə vaxtı direktor İftixar Piriyev də teatrda olub. Direktorun üstünə təcili yardım çağırılıb.

 

loading...