Yuxarı
loading...
loading...

Dünyanın ən qonaqpərvər ölkələrinin — SİYAHISI

13.09.2017 15:15 Oxunma sayı: 1349


Komor adaları, Kot-d'İvuar, Qvineya-Bisau, Madaqaskar, Maldivlər, Mavritaniya, Mikroneziya Federativ Ştatları, Mozambik, Samoa, Seyşel adaları, Şərqi Timor Toqolez respublikası, Tuvalu və Uqanda ən qonaqpərvər ölkə ünvanına sahib olub.

Siyahıda yer alan ölkələrə səfər etmək üçün heç bir vizaya ehtiyac yoxdur. İstənilən dövlətin vətəndaşı vizasız bu ölkələrə səfər edə bilər.

Dünyanın qonaq sevməyən ölkələri isə Əfqanıstan, Şimali Koreya, Somali, Suriya və Türkmənistan olub. Bu ölkələrə səfər etmək üçün viza və digər icazə sənədləri lazımdır. Anqola da qonaq sevməyən ölkə olub. Buraya vizasız səfər etmək ancaq Namibiyadan olan səyyahlar üçün mümkündür.

Qeyd edək ki, reytinqdə ümumi olaraq 198 ölkə iştirak edib.


loading...