Yuxarı
loading...
loading...

İŞİD terrorçuları Avropaya köç edir — Rusiyadan ŞOK BƏYANAT

13.09.2017 14:37 Oxunma sayı: 1301


İŞİD terror təşkilatı artıq məğlubiyyətini qəbul edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı Dmitriy Feoktistov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, İŞİD rəhbərliyi yaxın vaxtlarda əllərində olan ərazilərin də nəzarətdən çıxacağını hiss edir. Bu səbəbdən də, terrorçular külli miqdarda vəsaiti xarici ölkələrə, o cümlədən Avropaya çıxarır. 

Diplomatın sözlərinə görə, terrorçular ilk əvvəl maddi vəsaitlərini Avropaya köçürürlər.

“Terrorçular artıq vəsaitlərini Suriyada saxlamağın təhlükəli olduğunu anlayırlar. Onlar pullarını Avropadakı banklara köçürürlər. Maraqlıdır ki, terrorçulara mane olan yoxdur. Suriyanın Deyr-əz-Zor şəhərində uğradıqları məğlubiyyət İŞİD terrorçularını Avropaya qaçmağa məcbur edir”, - deyə diplomat bildirib.

Qeyd edək ki, Deyr-əz-Zor şəhəri 3 ildən çoxdur ki, İŞİD terrorçularının mühasirəsindədir. Terrorçular hərbçiləri də, mülki şəxsləri də mühasirədə saxlayırlar. 

Hazırda şəhərin təqribən yarısı hökumət qoşunlarının nəzarəti altındadır. Yaraqlılar üç ildən çoxdur ki, həm hərbçiləri, həm də mülki şəxsləri mühasirədə saxlayırlar. Şəhərə ərzağı, dərmanı və digər lavazımatları helikopter vasitəsilə gətirirlər.


loading...