Yuxarı
loading...
loading...

Sinqapurda iki gəmi toqquşdu — 5 nəfər itkin düşüb

13.09.2017 14:22 Oxunma sayı: 1340


İndoneziya tankeri xüsusi texniki gəmi ilə toqquşub. İnsident nəticəsində 5 nəfər itkin düşüb. Onlardan dördü Çin vətəndaşı, digəri isə Malayziya vətəndaşıdır.

Bildirilir ki, texniki gəmi Dominikan respublikasına məxsusdur. Onun göyərtəsində 11 Çin və 1 nəfər də Malayziya vətəndaşı olub. Toqquşma nəticəsində bu gəmi aşıb. Hazırda o suyun altındadır. Qeyd edilir ki, 7 nəfəri xilas etmək mümkün olub. Xilas edilənlər Sinqapur xəstəxanasına yerləşdirilib.

26 nəfərlik ekipajı olan İndoneziya tankeri elə də ciddi zədələnməyib və xəsarət alan yoxdur.

İnsidentin səbəbləri araşdırılır.


loading...