Yuxarı
loading...
loading...

Planşetlərə edilən kiberhücumların həcmi 40% yüksəlib

13.09.2017 13:39 Oxunma sayı: 1410


"Avast” antivirus istehsalçısının məlumatına görə, 2017-ci ilin ikinci rübündə smartfon və planşetlərə edilən kiberhücumların həcmi 40% yüksəlib.
2017-ci ilin aprel-iyununda mobil qurğu istifadəçilərinə edilmiş haker hücumlarının orta həcmi 1,7 milyonadək artıb. Ötən ilin ikinci rübündə bu göstərici 1,2 milyona bərabər olub.
ICTnews xəbər verir ki, "Avast” şirkətinin əməkdaşları 788 müxtəlif virus aşkar ediblər ki, bu da ötən illə müqayisədə 22,2% çoxdur. Şirkət zərərverici proqramların ən geniş yayılmış növlərini açıqlayıb.
2017-ci ilin ikinci rübündə mobil kiberhücumların təxminən 22,8%-i ruterlərin (qurğu üzərində tam nəzarəti ələ keçirmə) köməyi ilə həyata keçirilib.
Sosial mühəndislik mexanizmlərindən istifadə edən proqramların payı 22,8% təşkil edir. Belə ki, qurbanlar aldadılaraq, onların cihazına zərərverici proqramlar qurulur.


loading...