Yuxarı
loading...
loading...

Sevda faciəvi şəkildə ÖLDÜ

13.09.2017 09:37 Oxunma sayı: 5341


Qala qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış Sevda Abdullayeva yerləşdirildiyi xəstəxanada ölüb

Sentyabrın 10-da saat 15 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Ələddin Şovqatovun idarə etdiyi "VAZ-2106" və Rac Əliyevin idarə etdiyi "Daewoo" markalı avtomobillər toqquşub. Nəticədə Ə.Şovqatovun sərnişinlərindən nəvəsi Müsab hadisə yerində ölüb, özü və digər 3 sərnişini, habelə R.Əliyev və 5 sərnişini xəstəxanaya yerləşdiriliblər. R.Əliyevin sərnişinlərindən Sevda Abdullayeva orada ölüb, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.


loading...