Yuxarı
loading...
loading...

Ağlamaq ömrü uzadırmış

13.09.2017 13:55 Oxunma sayı: 1326


"Gülüş ömrü uzadır"... Bu deyim insanlar arasında çox populyardır.
 

Lakin yaponiyalı mütəxəsisslər ağlamağın insan sağlamlığına gülüşdən də xeyirli olduğunu iddia edirlər. Onların sözlərinə görə, göz yaşları axıdaraq bir çox xəstəliyin yaranmasına səbəb olan stresslə mübarizə aparmaq mümkündür. Ürək qan-damar xəstəlikləri, yüksək təzyiq, diabet və şişmanlıq kimi xəstəliklərin müalicəsində də ağlamanın effektiv olduğu üzə çıxıb. Artıq Yaponiyada bəzi xəstəxanalarda bu üsuldan istifadə olunur. Xəstələrə necə deyərlər göz yaşı töküb ürəklərini boşaltmaları üçün xüsusi şərait yaradılır.


loading...