Yuxarı
loading...
loading...

Çində aramsız yağışlar başlayıb

12.09.2017 09:28 Oxunma sayı: 1385


Çinin cənub-qərb və mərkəzi rayonlarında dördüncü gündür ki, yağan aramsız yağış və daşqınlar nəticəsində 8 nəfər həlak olub.

Yerli KİV bildirir ki, 7 nəfər itkin düşüb, bölgədən 6,7 min adam təxliyə edilib.

Təbii fəlakət bir neçə əyalətdə ümumilikdə 600 minə yaxın insana təsir göstərib.

Yağıntı və daşqınların vurduğu ziyanın ümumi məbləği 64,5 milyon dollara bərabərdir.

 

 


loading...