Yuxarı
loading...
loading...

Arif Alışanovun pul maxenasiyaları üzə çıxır FAKT

11.09.2017 10:20 Oxunma sayı: 2162


Aztv- nin başı üzərində qara buludlar dolanır.

Belə ki, son dövrlərdə Aztv-nin rəhbərinin adı pul maxenasiyalarında tez-tez hallanır.

Bu günlərdə etibarlı mənbənin millixeber.com-a verdiyi məlumata görə, Arif Alışanovun sağ əli və müavini Elsevər Dünyamalıyev İdman Azərbaycan kanalı üçün Formula -1, İngiltərə çempionatının və eləcə də müxtəlif beynəlxaq yarışların efir hüquqlarının alınması üçün Aztv - nin büdcəsindən küllli miqdarda pullar ayrılıb. Ayrılmış milyonlarla pulu ofşor hesabı ilə xaricdə SPORT FİVE şirkətinə ödəməklə öz şəxsi mənfəətlərini də yaddan çıxarmamışlar.

Belə ki, hər bir bağlanmış müqavilədən Arif Alışanova miqdarın 20 % -i geri qaytarılıb. Bu əməliyyatı A.Alışanovun eyni zamanda müavini Elsevər Dünyamalıyevin də əli ilə həyata keçirib. E. Dünyamalıyevin şəxsi kartına köçürülən 20% - pul isə sədr və müavinin münaqişəsi ilə nəticələnib. Belə ki, Elsevərin Bakıxanov qəsəbəsindəki 9 saylı poliklinikanı 500 000 (beş yüz min) AZN- ə özəlləşdirməsi sədri qəzəbləndirib. Sədr bu məbləğin hardan tapdığını araşdırdıqda məlum olub ki, xarici şirkətlərdən geri qayıdan 20% yox 30% imiş.

Qeyd edək ki, köçürülən məbləğ təqribən hər müqavilə üçün 200000 (İki yüz min) euro təşkil edib. Pul üstündə mübahisə düşdükdə isə müavin sədr Alışanovun paxırın açıb. Deyib ki, əgər sədr 5 milyona Şamaxıda torpaq , milyonlarla avro dəyərində Londonda villa və ticarət obyektləri , Azərbaycanın müxtəlif rayonlarında torpaq və villalar, şəhərin mərkəzində 4 mərtəbəli villa (hazırda orada yaşayır), Bilgəh qəsəbəsində 3 mərtəbəli villa, Ismayıllı, Xızı, Quba rayonlarında villalar, şəhərin paytaxtında ticarət obyektləri alırsa müavin niyə etməsin? Bu isə Alışanovun xoşuna gəlməyib. Nəticədə Alışanov Elsevər Dünyamalıyevin səlahiyyətlərini əlindən alıb və pulları qaytarmayacağı təqdirdə onu işdən çıxaracağı ilə hədələyib.

Mövzuya qayıdacağıq.. ...


loading...