Yuxarı
loading...
loading...

İlham Əliyev Rəhmana məktub göndərdi

08.09.2017 23:50 Oxunma sayı: 1417


Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab İmaməli Rəhmana təbrik məktubu ünvanlayıb.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Hörmətli İmaməli Şərifoviç,

Tacikistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Tacikistan dostluğu zəngin ənənələrə malikdir. İnanıram ki, bu ənənələri özündə yaşadan dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığımızın dərinləşməsi üçün daim möhkəm zəmin olacaqdır.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tacikistan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm", - təbrikdə qeyd edilir.


loading...