Yuxarı
loading...
loading...

“Qarabağ”ın oyunçusu Rusiya mediasına danışdı

07.09.2017 19:32 Oxunma sayı: 1386


Biz İngiltərə çempionuna layiqli müqavimət göstərdiyimizi təsdiq etməyə çalışacağıq.

Bu sözləri “Qarabağ” futbol klubunun hücumçusu Ramil Şeydayev Rusiya mətbuatına açıqlamasında bildirib. R.Şeydayev deyib ki, “Qarabağ”la eyni qrupa düşən komandalara qol vurmaq arzusundadır:

“Mən həm "Qarabağ"da, həm də Çempionlar Liqasında oynamağı sevirəm. Bu həftəsonu Londona yollanacağıq. Əksər azarkeşlər düşünə bilər ki, bizim heç bir şansımız yoxdur. Ancaq futbolda hər şey mümkündür. Biz İngiltərə çempionuna layiqli müqavimət göstərdiyimizi təsdiq etməyə çalışacağıq. "Çelsi", "Roma" və "Atletiko"nun əlavə təqdimata ehtiyacı yoxdur. Bizə çox çətin olacaq, amma çalışacağıq ki, ümidləri doğruldaq. Hər şey yaxşı olacaq. Ev oyunlarında "Qarabağ"ı böyük azarkeş kütləsi dəstəkləyir.

Təsəvvür edə bilməzsiniz, "Qarabağ" qrup mərhələsinə düşəndə Bakıda necə bayram idi! Bütün stadion dolacaq və motivasiyamız tam olacaq. Bu komandalara qol vurmağı çox istəyirəm. Amma daha çox qalib olmaq istəyirik".


loading...