Yuxarı
loading...
loading...

Benzin bahalaşdı

05.09.2017 15:27 Oxunma sayı: 1398


Azərbaycanda "Aİ-98 Super” markalı benzinin qiyməti bu gün səhər saatlarında qalxıb.

Bunu Teleqraf.com-a SOCAR Petroleum QSC-dən bildiriblər.

"SOCAR Petroleum" "Aİ-98 Super” markalı benzin bahalaşmasının səbəbini onun xaricdən idxal olunması ilə izah edib: “Qiymət artımı bu gün səhər 08:00-dən sonra baş verib. "Aİ-98 Super" markalı benzin Azərbaycana Rumıniyadan ixrac olunur. Gətirilmə xərcləri baha başa gəldiyi üçün qiymət qaldırılıb. Müqavilədə də bu barədə maddə öz əksini tapıb ki, xaricdən idxal olduğu üçün qiyməti qalxa bilər”.

***

"A-98 Super" markalı benzinin qiymətində edilən dəyişiklik dövlət tərəfindən tənzimlənmir.

Bunu açıqlamasında İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, bu markalı benzin ölkəyə idxal olunur:

“Həmin benzinin də qiyməti sərbəst tənzimlənir”.

Qeyd edək ki, Azərbaycanda "Aİ-98 Super" markalı benzin 1,30 manata satılır. Əvvəlki qiymət isə 1,20 manat olub.


loading...