Yuxarı
loading...
loading...

Yüksək vəzifəli məmurun oğlu yaşlı qadını öldürdü - Hadisə yerindən qaçdı...

28.08.2017 14:13 Oxunma sayı: 1425


Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmir İbadov ağır yol qəzası törədib.

Əldə olunan məlumata görə, hadisə avqustun 22-də Bakı şəhərində törədilib. Elmir İbadov idarə etdiyi "Range Rover” markalı avtomobillə yaşlı qadını vuraraq hadisə yerindən qaçıb. Hadisə nəticəsində qadın vəfat edib.

Baş verən hadisədən sonra Elmir İbadov polis tərəfindən saxlanılıb.


loading...