Yuxarı
loading...
loading...

154 “Tomoqavk” daşıyan Amerika sualtısı Kim Çen Ina yaxınlaşır

12.04.2017 20:18 Oxunma sayı: 2498


ABŞ Hərbi Dəniz Qüvvələrinin Şimali Koreya sahillərinə yaxınlaşan təyyarədaşıyan zərbə qruplaşmasının tərkibində modifikasiya olunmuş “Ohayo” sualtı qayığı da yer alır. Sualtı qayıq 154 “Tomoqavk” raketi ilə silahlanıb.

 Xatırladaq ki, aprelin 8-də ABŞ donanmasının “Karl Vinson” təyyarədaşıyan qruplaşması qəfil əmrlə Şimali Koreya sahillərinə göndərilib. Bu, Şimali Koreya rejiminin ballistik raket sınaqlarına cavabdır. Pxenyan ABŞ-ı vura biləcək və nüvə başlığı daşıyan ballistik raketi sınaqdan çıxarmağa hazırlaşır.

“Bizim Amerika qüvvələrinin regiona hərəkəti barədə öz məlumatlarımız var, qruplaşmanın tərkibində sualtı qayıq da yer alır. Ən azı bir sualtı qayıq hazırda Sakit okeanın qərb hissəsindədir və oradan Şimali Koreya ərazisinə raket zərbələrinin endirilməsi mümkündür”-mənbə deyib.


loading...