Yuxarı
loading...
loading...

3 uşaq anası əməliyyat zamanı öldü - Bakıda

12.01.2017 11:53 Oxunma sayı: 1255


Ötən gün Bakının tanınmış xəstəxanasında qadın əməliyyat zamanı dünyasını dəyişib.

Mərhumun yaxınları bildirib ki, 3 uşaq anası olan Vüsalə adlı qadın 5 saylı xəstəxanada “qrıja” əməliyyatı olunub. 

Lakin xəstə əməliyyat masasında keçinib. Mərhumun ailəsi yaxınlarının ölümündə həkim səhlənkarlığı olduğunu iddia edirlər. Bildirirlər ki, həkim əməliyyat zamanı xəstənin damarını zədələyib. Xəstə isə qanaxmadan dünyasını dəyişib. 

Hətta həkim hadisədən sonra mərhumun ailə üzvlərinə əməliyyat pulunu qaytararaq “olur də belə şeylər” deyərək gedib.

Mərhum xanımın 3 azyaşlı uşağı anasız qalıb.


loading...