Yuxarı
loading...
loading...

“Bakı Bus”larda “Wi-Fi” niyə işləmir?

12.01.2017 09:36 Oxunma sayı: 1205


“Bakı Bus” (Baku Bus) avtobuslarında “Wi-Fi” sistemi qurulsa da, hələlik aktiv deyil.

Bu sözləri “Bakı Bus”un nümayəndəsi avtobuslarda “Wi-Fi”ın niyə işləməməsi haqda danışarkən deyib. O, yaxın zamanda avtobuslara “Wi-Fi”ın fəaliyyətə başlayacağını bildirib:
 
“Bu istiqamətdə işlər görürük. Yaxın vaxtlarda sərnişinlər “Bakı Bus” avtobuslarında “Wi-Fi” xidmətindən yararlana biləcəklər”.
 
Qeyd edək ki, sərnişinlər tez-tez “Bakı Bus” avtobuslarında “Wi-Fi” işarəsi olmasına rəğmən, bu xidmətdən yararlana bilmədiklərindən şikayətlənirlər.

loading...