Yuxarı
loading...
loading...

Ucarda yol qəzası: 1 yaralı

11.01.2017 23:46 Oxunma sayı: 1232


Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında rayon ərazisində qeydə alınıb.
 
10 LL 586 dövlət nömrə nişanlı "VAZ-2106" markalı maşınla  61 BE 957 dövlət nömrə nişanlı VAZ-2107 markalı maşın toqquşub.
 
Nəticədə VAZ-2107-nin sürücüsü baş nahiyəsindən xəsarət alıb. Rayon polis şöbəsinin növbətçi hissəsindən hadisənin baş verdiyi təsdiqlənsə də sürücülərin şəxsiyyəti barədə məlumatsız olduqları bildirildi. İlkin ehtimala görə hadisəyə  yüksək sürət səbəb olub.
 
Faktla bağlı rayon polis şöbəsində  araşdırma aparılır.

loading...