Yuxarı
loading...
loading...

“Newsweek”: “Ermənistan tənha kişilər cəmiyyətinə dönəcək”

11.01.2017 19:55 Oxunma sayı: 1237


ABŞ-ın “Newsweek" jurnalı Ermənistandakı demoqrafiq vəziyyətlə bağlı məqalə dərc edib”

Məqalədə qeyd olunur ki, Ermənistanda seks-selektiv abortlar əhalinin sayındakı cins fərqliliyində nisbəti pozacaq və gələcək cəmiyyət tənha kişilərdən ibarət olacaq.
 
"Keçmiş sovet respublikasında qadınlar tez-tez abort eləməyə məcbur olurlar. Çünki ailələrin çoxu oğlan övladı istəyir", – deyə məqalədə qeyd olunur.
 
BMT-nin yanında UNFPA təşkilatı da abortlarda seksual ayrı-seçkilik ucbatından Ermənistanın "tənha kişilər cəmiyyətinə" dönəcəyini bəyan edib. UNFPA-nın Ermənistan üzrə sədr müavini Qarik Ayrapetyan deyib: "Yaxın 10-20 ildə ölkədə qadınların çatışmazlığı hiss olunacaq. Doğum templərinin kəskin şəkildə enməsi ciddi demoqrafik böhranla nəticələnəcək".
 
Q.Ayrapetyan əlavə edib: "2060-cı ilədək Ermənistanda 100 min potensial ana dünyaya gəlməyəcək".

loading...