Yuxarı
loading...
loading...

Tramp: “Mənim Rusiyayla heç bir əlaqəm yoxdur”

11.01.2017 18:53 Oxunma sayı: 1225


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp iddia edir ki, Rusiya heç vaxt ona təsir göstərməyib/

Bu haqda Tramp öz Tvitter hesabında yazıb:
 
“Rusiya heç vaxt mənə təsir göstərməyib. Mənim Rusiyayla heç bir əlaqəm yoxdu - heç bir saziş, heç bir kömək, heç nə!”
 
Həmçinin, Ağ Evin gələcək başçısı qeyd edir ki, o, seçkiləri asanlıqla udub. Onun rəqibləri isə, saxta xəbərlərin köməyi ilə qələbə qazanmağa çalışıblar:
 
“Xüsusi xidmət orqanları cəmiyyətə bu saxta xəbərləri sızdırmamalıydı. Mənə vurulan daha bir zərbədir. Biz məgər nasist Almaniyasında yaşayırıq?”, - Tramp belə deyib.
 
Daha əvvəl CNN telekanalı adını gizli saxladığı məmurlara istinadən bildirdi ki, ABŞ-ın xüsusi xidmət orqanları Tramp barədə Rusiyada onu etibardan salacaq faktları aşkar ediblər. Rəsmi Kremlsə bu faktları “cəfəngiyat” adlandırıb.

loading...