Yuxarı
loading...
loading...

Neft Fondunun büdcəsi təsdiqləndi

11.01.2017 15:22 Oxunma sayı: 1257


Prezident İlham Əliyev fərman imzalayaraq Dövlət Neft Fondunun 2017-ci il büdcəsini təsdiqləyib.

Fondun gəlirləri 8 milyard 370 milyon 589,8 min manat, xərcləri 14 milyard 483 milyon 856 min manat məbləğində müəyyən edilib.
 
Karbohidrogenlərin satışından 7 milyard 550 milyon 705,3 min manat xalis gəlir əldə edilməsi nəzərdə tutulur. Xərclər isə bu məqsədlərə yönəldilir: 2017-ci ilin dövlət büdcəsinə transfert – 6 milyard 100 milyon manat; makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka transfert – 7 milyard 500 milyon manat; Cənub Qaz Dəhlizi layihələrində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi – 496 milyon 155 min manat; Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsi – 165 milyon 825 min manat; qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin maliyyələşdirilməsi – 90 milyon manat; Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi – 70 milyon manat; 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramının maliyyələşdirilməsi – 29 milyon 304 min manat.
 
Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 32 milyon 572 min manat olacaq. Dövlət başçısının fərmanı ilə Neft Fondunun 2017-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası da rəsmiləşib.

loading...