Yuxarı
loading...
loading...

SOCAR-dan qaz xəttində baş verən partlayışla bağlı rəsmi açıqlama

11.01.2017 11:47 Oxunma sayı: 1420


Xəbər verdiyimiz kimi, yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib. 
 
SOCAR-dan verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində yanğın lokallaşdırılaraq söndürülüb, qazın nəqli alternativ xəttə keçirilib, istehlakçıların qaz təchizatında fasilə yaranmayıb.
 
Kəmərdə təmir-bərpa işlərinə başlanılıb. 
 
Xatırladaq ki, yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib. Yanğının söndürülməsi məqsədi ilə kəmər dərhal lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ kəmərə keçirilib və xətt istismardan təcrid olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb, yaşayış məntəqələri üçün hər hansı təhlükə yoxdur.

loading...