Yuxarı
loading...
loading...

Nurayın atası ilə xalası barışdı

11.01.2017 11:43 Oxunma sayı: 1216


"Nurayın xalasıgillə barışdım. Uşaq onlarda qalacaq".
 
Bunu Nurayın atası Əvəz Bayramzadə deyib.
 
O bildirib ki, uşağı nə vaxt istəsə, görə bilər. "Mən özüm ailəm ilə fikirləşdim ki, belə məsləhətli olar. Həm də özüm də uşaq həkimiyəm. Həkimlər ilə razılaşdıq ki, belə məsləhətlidir. Nuray xalası ilə Qubada qalacaq. Uşağın da psixoloji problemi olmaz".
 
Ə.Bayramzadə əlavə etdi ki, Nuray nə vaxt istəsə ki, mənimlə qalsın o vaxtı da xalasından ayrıla bilər.

loading...