Yuxarı
loading...
loading...

BMV tələb edir: "İsmayılovun oğlu..."

11.01.2017 11:42 Oxunma sayı: 1211


Rusiyada fəaliyyət göstərən "BMV Bank" məhkəməyə müraciət edərək Rusiya Dövlət Dumasının sabiq üzvü Aleksey Mitrofanovun və Azərbaycan əsilli iş adamı Telman İsmayılovun oğlu Ələkbər İsmayılovun müflis elan olunmasını tələb edib.

İddia tələbinin məbləği açıqlanmır.

A.Mitrofanov və Ə.İsmayılovdan münasibət öyrənmək mümkün olmayıb.

"BMV Bank"ın rəsmisi də şərh verməkdən imtina edib.

Qəzetin araşdırmaları nəticəsində məlum olub ki, 2011-ci ilin sonuna A. Mitrofanovun BMV-X6 və BMV-750Li avtomobilləri var. 2015-ci ilin sonuna isə sabiq deputatın yalnız BMV-750Li markalı maşını qalıb.

Ə.İsmayılova "AST Trans Market" şirkətinin səhmlərinin 31,7%-i, bir o qədəri onun qardaşı Sərxana, qalan hissəsi isə qohumu Zaur Mərdanova məxsusdur.

Xatırladaq ki, 2016-cı ilin avqust ayının sonunda Moskvanın arbitraj məhkəməsi Rusiyanın başqa bankı "BM-Bank"ın iddiasına əsasən Telman İsmayılovu müflis elan edib.

A.Mitrofanov 2014-cü ildə deputat toxunulmazlığından məhrum olunub. O, iş adamı Vyaçeslav Jarovdan 200 min dollar rüşvət almaqda ittiham olunur. Hazırda sabiq deputat Rusiyadan kənarda yaşayır.

BMV Bank MMC BMV Group konserninə daxil olan Avstriyanın BMV Оsterreich Holding GmbH şirkətinin törəməsidir. Bank əsasən BMV-nin Rusiyadakı rəsmi dilerinin satdığı avtomobillərin kreditləşməsi ilə məşğuldur.


loading...