Yuxarı
loading...
loading...

Azərbaycanda klub prezidenti həbs olundu - SON DƏQİQƏ!

10.01.2017 17:32 Oxunma sayı: 1989


Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda çıxış edən "Şərurspor"un prezidenti Sərdar Bağırov saxlanılıb. 

millixeber.com “Futbol+” qəzetinə istinadən xəbər verir ki, iş adamı vergidən yayınmaqda ittiham olunur.

O, hazırda Kürdəxanı müvəqqəti saxlama təcridxanasındadır. Vəkilləri Bağırovun heç-bir qeyri-qanuni işlə məşğul olmadığı, qanunlar çərçivəsində fəaliyyət göstərdiyi barədə sənədlər hazırlayıb məhkəməyə vermək üzərində çalışırlar.

Klub prezidenti günahının olmadığını sübuta yetirə bilsə yaxın günlərdə azadlığa buraxıla bilər.


loading...