Yuxarı
loading...
loading...

Türk ordusunun “Fərat qalxanı” əməliyyatı – İŞİD əmiri öldürüldü

05.01.2017 11:01 Oxunma sayı: 1233


Türkiyə Silahlı Qüvvələri Suriyada apardığı "Fərat qalxanı" əməliyyatının 135-ci günündə də İŞİD mövqelərinə zərbələr endirib.

millixeber.com-un Türkiyə SQ Baş Qərargahına istinadən verdiyi məlumata görə, antiterror əməliyyatı çərçivəsində İŞİD-in 74 mövqeyi müəyyən edilərək döyüş postları, səngərlər, avtomobillər atəşə tutulub.
 
Baş Qərargahın məlumatına əsasən, 20 terrorçu zərərsizləşdirilib. Onlardan birinin İŞİD əmiri olduğu deyilir.
 
Bundan başqa, Türkiyə qırıcılarının zərbələri nəticəsində 28 İŞİD hədəfi məhv edilib, 18 terrorçu zərərsizləşdirilib.
 
pia.az

loading...